Pulsuz hüquqi yardım nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

Pulsuz hüquqi yardım nədir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Pulsuz hüquqi yardım adından da göründüyü kimi hüquqi yardımın heç bir maddi maraq olmadan, yaxud pulun alınmaması ilə özünü göstərir". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri, hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.

Hüquqşünas bildirib ki, bu hüquqi yardım vətəndaşların bizə müraciətləri əsasında göstərilir: "Hüquqi yardım üçün müxtəlif dövlət strukturlarına müraciət, ərizələrlə vətəndaşın müdafiəsi üçün o müraciətləri göndəririk. Ərizələrin yazılmasında onlara yardım olunur. Əgər işlər məhkəməyə gedirsə, mülki işlərdə onların hüquqlarını birbaşa qanunvericiliyə uyğun olaraq müdafiəsi üçün müraciətlər edirik. Həyata keçirilməsi birbaşa vətəndaşın müraciəti əsasında olur".

"Əgər vətəndaş müraciət edirsə, onun hüquqların qorunması üçün hüquqi yardımın göstərilməsinə ehtiyac varsa, yardımı göstəririk"-deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə