Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə SİA-ya Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB