“Ölkə rəhbərinin tez-tez regionlara səfərləri inkişafı daha da stimullaşdırır” - DEPUTAT DANIŞDI

“Ölkə rəhbərinin tez-tez regionlara səfərləri inkişafı daha da stimullaşdırır” - DEPUTAT DANIŞDI

“Azərbaycan Prezidentinin seçki dövründə ölkəmizin müxtəlif rayonlarında olması çox böyük tarixi hadisələrdəndir. Dövlət başçısının xalqla görüşü, ölkənin regionlarında gedən sosial-iqtisadi vəziyyətlə tanış olması ilə yanaşı, həm də ölkə rəhbərliyi tərəfindən xalqa verilən dəyərin və bütün regionlara eyni dərəcədə göstərilən diqqətin nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, ölkə başçısının səfərləri həm də regionlarımızda ayrı-ayrılıqda zəfərimizin qeyd olunması kimi də dəyərləndirilə bilər:

“Prezident İlham Əliyev Neftçala rayonuna səfəri zamanı yeni görülmüş işlərlə tanış oldu. Bu mənada bütün regionlarımızda görülən bərpa və quruculuq işləri müasir standartlara cavab verəcək şəkildə həyata keçirilir. Regionlarımız inkişafı üçün lazımi bütün şərait və baza yaradılıb. Ölkə rəhbərinin tez-tez regionlara səfərləri isə bu inkişafı daha da stimullaşdırır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə