“Fransa və Amerikadan tutmuş əksər Qərb dövlətləri ölkəmizin əleyhinədir” - SİYASİ EKSPERT FİKİR BİLDİRDİ

“Fransa və Amerikadan tutmuş əksər Qərb dövlətləri ölkəmizin əleyhinədir” - SİYASİ EKSPERT FİKİR BİLDİRDİ

“Azərbaycanda gedən proseslərə Qərbi nümunə göstərmək dövrü artıq arxada qaldı. Eləcə də Azərbaycandakı vəziyyətə, baş verən hadisələrə, irəliləyiş və hərəkət modellərinə Qərbin eynəyinin arxasından baxmaq dövrü də keçdi. Bu baxımdan bütün siyasi qüvvələr müasir çağırışlara daha çox uymalıdırlar. Ona görə ki, Qərbin Azərbaycan üçün nümunəyə çevrilmək taktikası artıq baş tutmadı. Qərb özü dəyərlərdən çox uzaq düşüb”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 il işğalçılığa məruz qaldı, amma Qərb bizi deyil də, Ermənistanı dəstəklədi: “Buna səbəb isə Ermənistanın Qərbdə böyük bir diasporasının, lobbisinin olması idi. Bu gün Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün qanun çərçivəsində atdığı addımlar da Qərbdən dəstək ala bilmədi. Fransa və Amerikadan tutmuş əksər Qərb dövlətləri ölkəmizin əleyhinədir.

Siyasət ikilistandarlara söykənirsə, yeri gəldikdə beynəlxalq hüquq normaları ayaq altına alınırsa, bu cür siyasət aparan Qərb ölkələri Azərbaycan üçün nümunə ola bilməz. Hakimiyyətə qarşı müxalif olmaq olar. Amma bu yanlış modelləri Azərbaycana sırımaq anlamına gəlmir. Ölkənin indiki vəziyyətinə ancaq ölkənin özünün bugünkü reallıqlarından və gələcək inkişaf maraqlarından çıxış edərək, yanaşmaq lazımdır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə