"Azərbaycan və BƏƏ ilə münasibətlər yüksək dinamika ilə inkişaf edir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin tarixi var". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, iki ölkəni bir çox məsələlər birləşdirir: "Ortaq din və iqtisadi əlaqələr buna aiddir, zamanla da inkişaf etməkdədir. Prezident İlham Əliyevin prezidentliyi dövründə bu əlaqələr daha da sıx strateji dostluq əlaqələrinə dönməkdədir. Cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, həmin ölkənin rəhbərlərinin Azərbaycana səfərləri münasibətlərin dinamikasından xəbər verir. BƏƏ prezidentinin Azərbaycana səfəri, böyük komanda ilə gəlməsi, bir çox müqavilələrin bağlanması münasibətlərin daha da yüksək səviyyədə qalxacağına zəmin yaradır".
O, deyib ki, iki ölkə arasındakı münasibətlər bütün sahələri əhatə etməlidir: "Yaşıl enerji ilə bağlı iki ölkəni birləşdirən dəyərlər var. Özəl iqtisadi əlaqələr və sair məsələlər deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər yüksək dinamika ilə inkişaf edir və gələcəkdə bu münasibətlər strateji dostluq əlaqələrinə söykənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB