“COP-29" tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur" - İCTİMAİ ŞURA SƏDRİ BİLDİRDİ
“COP-29" tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Bu tədbirin keçirilməsi üçün hər zaman inkişaf etmiş ölkələr müraciət edirlər. Azərbaycanın diplomatiyası ilə əldə etdiyi uğurlar, ölkənin nüfuzunun yüksək olması ona gətirdi ki, “COP-29”un Azərbaycanda keçirilməsinə nail olduq”. Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov deyib.
Sədrin sözlərinə görə, “COP-29”un prezidenti kimi Muxtar Babayevin təyin olunması cənab prezidentin qərarıdır, bu da məntiqlidir: “Çünki bildiyiniz kimi COP iqlim dəyişməsi üzrə çərçivə konvensiyasının tərəflərinin görüşüdür. Konvensiyanın katibliyi ilə də işləri koordinasiya edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi olduğu üçün Muxtar Babayevin rəhbərliyinə üstünlük verilib. Ona görə də cənab prezident onu təyin edib. Muxtar Babayev bütün prosesə rəhbərlik edəcək, amma eyni zamanda digər dövlət qurumlarının da yüksək vəzifəli şəxsləri təşkilat komitəsində iştirak edəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB