"Azərbaycan və BƏƏ arasında münasibətlər artan xətlə inkişaf edir" - ŞƏRH EDİLDİ
"Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin son zamanlar artan xətlə inkişaf etməsi, intensiv əlaqələrin və ikitərəfli münasibətlərin dərinləşməsi həm iqtisadiyyat, enerji təhlükəsizliyi, yaşıl enerji sahəsində təcrübənin, texnologiyaların bölüşülməsi, həm də fikir mübadiləsi baxımından çox önəmlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri prezidentinin Azərbaycana son səfəri də artmaqda olan əlaqələrimizin yeni aspektlərinin müzakirə edilməsi ilə bağlıdır: "Cənab Prezidentin də dediyi kimi Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə qeyd etdiyimiz sahələrdə əməkdaşlıq edir və bundan sonra da əməkdaşlığı artırmaqda maraqlıdır. BƏƏ-nin investisiyası nəticəsində Azərbaycanda 230 MG-lıq gücü olan, günəş enerjisi ilə işləyən günəş elektrik stansiyası təsis edilib. Çox önəmli rəqəmdir. Bu elektrik stansiyasının açılması yeni texnologiyalar, Azərbaycanın enerji təhlükəsizliyi məsələsində diversifikasiya xəttinin seçilməsi və BƏƏ kimi müttəfiq ölkənin də bu proyektə investisiya qoyması kimi önəmli cəhətləri ilə fərqlənir. Azərbaycanda BƏƏ ilə əməkdaşlıq və investisiyaların nəticəsində yeni 10 GB-lıq yaşıl enerji istehsal edən stansiyaların açılması da nəzərdə tutulur. BƏƏ prezidentinin Bakıya səfəri zamanı imzalanan, müzakirə olunan sənədlərlə çox böyük maliyyə imkanları olan Azərbaycan kimi stabil, təhlükəsiz bir ölkəyə investisiya qoyması önəmlidir. Çünki BƏƏ körfəz ölkələri içərisində adam başına düşən gəlirə, iqtisadi inkişaf səviyyəsinə, ehtiyat fondlarına görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. BƏƏ dünya iqtisadiyyatında baş verən təlatümlü prosesləri, iqtisadi durğunluq təhdidlərini nəzərə alaraq yeni bazarlar, yeni imkanlar axtarır ki, Azərbaycan BƏƏ üçün önəmli istiqamətdir. Bu baxımdan Azərbaycanı əsas ölkə kimi seçməsi təqdirəlayiqdir".
"BƏƏ ilə informasiya kommunikasiya sahəsində də əməkdaşlıq edilməsi, bu sahədə sənədlərin imzalanması mühümdür. Bu ölkə yeni texnologiyaların öz ölkəsinə gətirilməsini istəyir. Biz hesab edirik ki, bu istiqamətdə də BƏƏ ilə əməkdaşlığımız mühüm element kimi əlavə edilə bilər. Körfəz ölkələri arasında BƏƏ ilə bu sahələrdə və coğrafi məkanına görə önəmli rol oynayır. Turizm potensialı çox güclüdür. Güclü iqtisadi, maliyyə potensialı olan ölkənin Azərbaycana xüsusi diqqət ayırması, qarşılıqlı əməkdaşlıq etməyimiz üçün böyük imkanlar açır" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB