"İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçib" - ŞƏRH EDİLDİ

"İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük inkişaf yolu keçib" - ŞƏRH EDİLDİ

"Yeni Azərbaycan Partiyasının geniş tərkibdə keçirilən iclasında növbədənkənar prezident seçkilərində dövlət başçısının İlham Əliyevin namizədliyinin irəli sürülməsi millətimizin və dövlətimizin maraqları baxımından ən doğru qərardır. Çünki Prezident İlham Əliyev 1988-ci ildən bəri torpaqlarımızın Ermənistan tərəfindən işğalına son qoyan, dövlət bayrağımızı ölkəmizin bütün ərazisində dalğalandıran tək dövlət rəhbərimizdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, 2003-cü ildən bəri ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövləti böyük inkişaf yolu keçib: "Azərbaycan bu müddət ərzində rəqabətədavamlı ölkə olub. Cənab Prezident ölkə tarixində bir sıra ilklərə imza atıb".

Deputat sözlərinə davam edərək bildirib ki, prezidentlik yükü çox ağırdır: "Əvvəlcədən aydın və konkret proqramı olmayan hər hansı bir şəxsin hakimiyyətə gəlməsi millət və dövlət üçün problemlər yaradır. Bunu biz dövlət müstəqilliyi bərpa edildikdən sonrakı ilk illərdə aydın şəkildə görmüşük. Amma bu gün Prezident İlham Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi ilə bağlı konkret, aydın planları və proqramları var. Hesab edirəm ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçısı İlham Əliyev tərəfindən davam etdirilən siyasətin alternativi yoxdur. Bu gün Azərbaycan Prezidenti dünyanın görkəmli siyasi və dövlət xadimidir. Bilavasitə onun rəhbərliyi altında Azərbaycan nüfuzu, böyük hörməti olan dövlətə çevrilib".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə