Serbiya Azərbaycanın qaz ixrac etdiyi doqquzuncu ölkədir - ŞƏRH

Serbiya Azərbaycanın qaz ixrac etdiyi doqquzuncu ölkədir - ŞƏRH

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri

Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində cənab Prezident İlham Əliyevin iştirakı, vermiş olduğu mesajlar mühüm əhəmiyyətə malikdir. Serbiya-Azərbaycan əlaqələri bu gün sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı xarakter daşıyır. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, iki dövlət arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin mahiyyətindən xəbər verir. Əlaqələrdə iqtisadi münasibətlər mühüm amilə malikdir. Yeni mərhələdə İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcək. Azərbaycan-Bolqarıstan münasibətləri də artıq yeni mərhələyə yüksəlib. Dövlətlərmizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Ölkəmizin qaz ixracı coğrafiyası daha da genişlənir. Azərbaycanın hazırda təbii qazı 8 dövlətə ixrac edilir. Serbiya Azərbaycanın qaz ixrac etdiyi IX ölkədir. Bu 9 dövlətin7 Avropa dövlətləri olması da xüsusi önəm kəsb edir. Elə bu kontekstdə İnterkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəyi də şübhəsizdir. Bu layihəyə dair keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır.

YAP Abşeron rayon təşkilatının sədri qeyd edib ki, 2027-ci ilə qədər ölkəmiz Avropaya göndərilən qazın həcmini 2 dəfə artırmağı hədəfləmişdir: “Ümumilikdə isə Dövlətimizin enerji strategiyası uğurla icra olunur. Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edilməsində mühüm rol oynayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri ilə Azərbaycan nefti Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırılır. Bu kontekstdə Cənub Qaz Dəhlizi xüsusi önəm daşıyır”.

Abbas Əliyevə qeyd edib ki, digər başlıca hədəf bərpaolunan enerji növləri ilə bağlıdır: “On qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə ölkəmiz tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanıb ki, bu qarşıdakı dövrdə nəzərdə tutulan bütün layihələrin icrasına mühüm töhvə olacaq. Serbiya, Bolqarıstan, Şərqi Avropa qrupuna daxil olan digər ölkələrlə Azərbaycan arasında səmimi dostluq amili də bu layihələrin daha da uğurlu şəkildə icrasına zəmin yaradır. Dövlətimiz bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı etibarlı tərəfdaş kimi də böyük nüfuz sahibidir. Bütün bunlarCənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə