“Tarixi vəzifələrin öhtəsindən gələcək yeganə lider İlham Əliyevdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“2024-cü il fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın siyasi tarixində çox mühüm bir hadisədir. Bu seçki Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının ərazisində bərpa olmasından sonra keçirilən seçki kimi tarixə düşəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Məmmədov deyib.

Deputat sözlərinə belə davam edib: “Şübhəsiz ki, bu yeni dövlətçilik tariximizdə yeni reallıqlar və çağırışlar yaradıb və yeni vəfizələr müəyyənləşdirib. Təkcə Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda qarşılıqlı münasibətlər konteksində yeni bir tarixi mərhələ başladıbdır. Bu önümüzdəki illərdə yeni reallıqların yaratdığı çağırış və məqsədlərin icra olunması üçün milli maraqlarımızı müdafiə edəcək, onu daha irəliyə aparacaq liderə ehtiyacımız var. Bu lider də YAP-ın namizədliyini irəli sürdüyü Prezident İlham Əliyevdir.
Cənab İlham Əliyev təkcə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən siyasətçi kimi Azərbaycanın tarixinə düşməyib. O həm də bu perspektivləri gələcəkdə Azərbaycanın real gücünə çevirmək üçün mühüm işlər görübdür. Azərbaycan xalqına daha çox rifah və inkişaf gətirmək üçün isə bu siyasətind davam etməsi zərurəti var. Azərbaycan hazırki mərhələdə öz milli məqsədləri kimi bunların reallaşmasını mühüm vəzifə hesab edir.
Amma məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, bu gün qüdrətli Azərbaycanın beynəlxalq münasibətlər sistemində də rolu və gücü artmaqdadır. Belə olan halda ümumi regional mənafelər baxımından təkcə müstəqil Azərbaycanın deyil, həm də Azərbaycanın müttəfiqlərinin təhlükəsizliyinin təmin olunması baxımından Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin davam etdirilməsi zərurəti var. Bu tarixi vəzifələrin öhtəsindən gələcək yeganə lider Prezident İlham Əliyev özüdür. Ona görə də Azərbaycan xalqı bu tarixi perspektivləri dərindən görür, anlayır, təhlil edir və öz gələcək inkişafı üçün kimə səs verəcəyini çox dəqiq bilir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB