“Əsgərlərimizin azad olunması bütün xalqımızı sevindirdi” -MÜNASİBƏT
“Cənab Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşına, hərbiçilərə, şahid ailələrinə, müharibə veteranlarına, əlillərinə Ali Baş Komandan kimi xüsusi qayğı, diqqət göstərir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə, Ramil Səfərovun həbsdə azad edilməsi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin qaytarılması, indi isə iki əsrimizin yəni Hüseyn Axundov və Aqşin Bəbirovun azad edilməsi onu göstərir ki, Azərbaycan dövləti və dövlətimizin başçısı Cənab İlham Əliyev hər zaman vətəndaşlarını yanındadır, onlara dəstəkdir: “Bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə ki, əsgərlərimizin azad olunması bütün Azərbaycan xalqını sevindirdi. Hər bir Azərbaycan vətəndaşı bizim üçün çox dəyərlidir. Dövlətimizi atdığı sistemli, ardıcıl, məqsədyönlü siyasət nəticəsində onlar qayğı ilə əhatə olunur və onların da azad olunması onu göstərir ki, Azərbaycan dövləti və silahlı qüvvələri üçün bir hərbiçi çox dəyərlidir, önəmlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB