“Ölkə başçısının müsahibəsi Azərbaycanın son illərdəki inkişaf yolunu əks etdirib” - DEPUTAT DANIŞDI
““Euronews” telekanalına verilən müsahibə Prezidentin davamlı olaraq dünya mediası qarşısında verilən uğurlu açıqlamaların davamıdır. Cənab Prezidentin 44 günlük Vətən müharibəsi zamanı verdiyi müsahibələrdə hərb, diplomatiya ilə yanaşı informasiya sahəsində də uğurlu siyasət həyata keçirdiyinin şahidi olduq. Belə ki, Prezident İlham Əliyevin Vətən müharibəsi zamanı 44 gün ərzində xarici mediaya 30-dan çox müsahibə verməsi və müsahibələrin hər birində Azərbaycan həqiqətləri və müharibənin gedişatı haqqında ətraflı məlumat verməsi dünya ictimaiyyətinin düzgün məlumat əldə etməsində mühüm rol oynadı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.
Deputat bildirib ki, o da bir faktdır ki, Azərbaycan hərblə yanaşı, informasiya sahəsində də uğur qazandı: ““Euronews” televiziyasına verilən müsahibə zamanı da Azərbaycanda sosial-iqtisadi sahədə keçirilən islahatlardan, işsizliyin minimuma endirilməsi, həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı dəqiq, faktlara əsaslanaraq maraqlı məlumatlar verilib. Eyni zamanda ölkəmizə qarşı dünya ölkələri tərəfindən artan maraq, dövlətimizin söz sahibi olması ilə bağlı məlumatlar verilib. Birmənalı olaraq cənab Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu və əldə etdiyi uğurları özündə əks etdirib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB