“Siyasi partiyalar fəaliyyətini elə qurmalıdır ki istənilən situasiyaya və prosesə hazır olsun, gözlənilməyən qərarlarda çevik addımlar ata bilsin”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, müxalif düşərgədə hakimiyyətin ünvanına səsləndirilən iradlardan biri də ondan ibarətdir ki, növbədənkənar prezident seçkiləri barədə qəfil sərəncam verilib: “Bu iradları yersiz və məntiqsiz hesab edirəm. Əvvəla ona görə ki, müxalif düşərgə olaraq dərin təhlillər aparıb rəqib hesab etdiyi iqtidarın planları və verəcəyi qərarlar barədə hazırlıqlar görülməliydi. Digər tərəfdən erkən prezident seçkiləri təyin etmək prezidentin müstəsna səlahiyyətlərinə aiddir və bu səlahiyyətindən necə və nə vaxt istifadə edəcəyini özü çox yaxşı bilir. Bunu da edəndə kimdənsə soruşmalı deyil təbii ki, bəzi müxalifət partiyasının güya erkən seçkilərinin əvvəlcə bilinəcəyi təqdirə uğurlu seçki taktikası və kampaniyası qura biləcəyi iddiası da absurddur. Bu gün hazırkı Prezident Cənab İlham Əliyevin populyar olmasını və reytinqinin çox yüksək olmasını heç kim inkar edə bilməz. Həmçinin region ölkələri ilə münasibətlər də normal səviyyədədir. Reallıqlar ortada. Bəzi siyasi qüvvələrin cığallığı isə heç nəyi dəyişməyəcək. Proses öz axarı ilə də davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB