Ermənilər Ermənistanı niyə tərk edir? - ŞƏRH EDİLDİ

Qarabağdan köçən ermənilər başda Rusiya olmaqla, xarici ölkələrə köçməyə başlayıb. Rəsmi məlumata görə, Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı 17 mini ötüb.

Bəs sözügedən ermənilər Ermənistanı hansı səbəblərə görə tərk edirlər?

"Ermənilərin ölkələrini tərk etməsi prosesi artıq neçə illərdir ki, davam edir. Yayılan məlumatlara görə, Qarabağdan köçən ermənilər başda Rusiya olmaqla, xarici ölkələrə getməyə başlayıblar". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.

E.Səftərov ermənilərin Rusiyaya getmələri məsələsinə münasibət bildirib: "Onların içində minlərlə rus pasportu olan erməni əsilli şəxslər də var. Bu baxımdan düşünürəm ki, rus pasportları olan erməni əsilli şəxslərin Rusiyaya getməsi təbii prosesdir. 44 günlük Vətən müharibəsindən sonra Qarabağdakı ermənilərin müstəqillik əldə etmək ümidləri puç oldu, həm də artıq vəziyyətin gərginləşdiyini və seçim qarşısında qaldıqlarını anladılar. Çünki ermənilər ya Azərbaycan cəmiyyətinə reinteqrasiya olunaraq, vətəndaşlıq almalı, ya da ərazilərimizi tərk etməli idilər. Ona görə də bir vasitə ilə Qarabağı tərk etməyə bəhanə axtarırdılar. Hətta bir qrup rus pasportlu şəxslər bu ilin yayında ərazilərimizi birdəfəlik tərk etdilər. Bu da o anlama gəlir ki, qondarma rejim Qarabağdakı erməniləri şirnikləndirici vasitələrlə orada saxlayırdı".

Şərhçi sözügedən məsələni digər kontekstdən izah edir:
"İndiki şəraitdə ermənilərin əksəriyyəti Ermənistanı həm sosial problemlərə, həm də ədalətli mühitinin olmamasına görə tərk edirlər. Ermənistan dövlətinin qeyri-konstruktiv davranışı, region dövlətləri ilə dolaşıq münasibətləri, Qərbə meyillənməsi insanlarda şübhə və narahatlıq yaradır. Ermənilər isə özlərini güvəndə hiss etmədiyi üçün başqa ölkələrə üz tuturlar.
Bundan əlavə, Qarabağdan könüllü şəkildə köçənlər Ermənistandan gözlədikləri münasibəti görməlidilər. Onlar ölkədəki problemlərin təkcə humanitar yox, siyasi olduğunun da fərqinə vardı. Əhalinin ölkədən köçməsi həm də, Ermənistan hakimiyyətinin minlərlə insanın məsuliyyətini daşıya bilmədiyini və strateji hədəfinin olmadığını nümayiş etdirdi.
Ermənistan hökumətinin başı hazırda hakimiyyətdə cərəyan edən xaosa yönəldiyi üçün ermənilərin ehtiyaclarının həllində effektiv davranış sərgiləyə bilmir, bu səbəbdən də rəsmi İrəvan beynəlxalq təşkilatlardan imdad diləyir, bütün məsuliyyəti üzərindən atmağa çalışır".

Çinarə Muradova

Bütün xəbərlər Facebook səhifəmizdə