"2024-cü ildə vətəndaşların İTS xərcləri üçün 1 milyard 376 milyon manat ayrılacaq" - DEPUTAT BİLDİRDİ

"2024-cü ildə vətəndaşların İTS xərcləri üçün 1 milyard 376 milyon manat ayrılacaq" - DEPUTAT BİLDİRDİ

“2024-cü ilin dövlət büdcəsində səhiyyə xərclərinə ümumi olaraq 1 milyard 871.3 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu da 2023-cü illə müqayisədə 66.3 milyon manat yaxud 3.7% çoxdur. Bu xərclərə hissəli şəkildə baxsaq böyük hissəsi, yəni 1 milyard 376 milyon manatı yaxud 73.5%-i əhalinin dövlət vəsaiti hesabına İcbari Tibbi Sığortalanma xərclərinə yönələcəkdir”.

Bunu SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə sığortalanma xərclərinin tərkibində uşaqlar, universitetdə oxuyan gənclər, təqaüd alan şəxslər və digər əhali qrupu yer alır ki, bunların sığortasını dövlət öz vəsaiti hesabına həyata keçirir: “Geridə qalan yarım milyard manata yaxın vəsait isə Səhiyyə Nazirliyinin tərkibində olan müəssisələrin və dövlət müəssisələrinin tərkibində saxlanılan xəstəxanaların saxlanma xərcləridir. Burada Azərbaycan Dəmiryolları QSC-nin həkim sanitar hissələrinə, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin tərkibində olan səhiyyə müəssisələrinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarına ayrılan vəsaitlər vardır. Geridə qalan vəsaitlər isə dövlət proqramları, infeksiyaya yoluxmuş şəxslərin müayinəsi, monitorinqinin aparılmasına yönəlib. Bundan başqa həmçinin bu vəsaitə Gənclər və İdman Nazirliyinin tərkibində fəaliyyət göstərən Tibbi Bədən Tərbiyəsi dispanserlərini saxlama xərcləri və o cümlədən də elmi tədqiqat fəaliyyəti ilə əlaqədar ayrılan xərclər də daxildir. Bir sözlə, 1 milyard 900 milyon manata yaxın vəsaitin 75%-ə yaxın hissəsi dövlət büdcəsi hesabına şəxslərin sığortalanma xərcləridir. Geridə qalan 500 milyon manata yaxın vəsait isə digər müəssisələrin saxlanma xərcləri, elmi-tədqiqat məsələləri və o cümlədən də səhiyyədə olan dövlət proqramlarının həyata keçirilməsi üçün ayrılan vəsaitlərin həcmindən ibarətdir”.

Millət vəkili bildirib ki, bu vəsait həm də dolayı yolla səhiyyənin inkişafına ayrılmışdır: “Burada İcbari Sığorta Fondunun gəlirləri 2 milyard 811 milyon 500 min manata yaxındır. Əhalinin dövlət sığortalanan hissəsinə ayrılan vəsait 1 milyard 375 milyon 987 min manatdır. Biz bunu çıxdıqda 1.5 milyard manata yaxın əlavə vəsaiti görürük. Bu vəsait TƏBİB-in saxlanma xərcləri, digər infrastruktur və səhiyyə təchizatına ayrılmış vəsaitlər və xəstəxanaların modernləşməsi üçün müxtəlif avadanlıqlar alınması və s xərcləridir. Bu xərclərin də üzərinə 1.9 milyard manat vəsaiit gəldikdə təqribi 3.4 milyard manata yaxın vəsaitin səhiyyəyə ayrılmasının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, keçən illə müqayisədə kifayət qədər artım var. Qeyd etdiyimiz infrastruktur, müəssisələrin saxlanma xərcləri və səhiyyənin inkişafı üçün ayrılan digər xərclər onların hər biri səhiyyə xərcləridir. Bütün bunları götürdükdə biz 3 milyard 400 milyona yaxın vəsaiti görürük ki, səhiyyənin inkişafı üçün iqtisadi əsas verir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə