Əliyevin öz ölkəsinin gələcəyi haqqında strateji düşüncələri var

Əliyevin öz ölkəsinin gələcəyi haqqında strateji düşüncələri var

Biz Prezident İlham Əliyevlə üç saat ərzində geosiyasi sahədə danışıqlar apardıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər” Forumunda iştirak edən İspaniya parlamentinin sabiq üzvü Xordi Xucla deyib.

O bildirib ki, Prezident İlham Əliyevin öz ölkəsinin təkamülü, rolu və gələcəyi haqqında strateji düşüncələri var.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda 30 ölkədən 60 ekspert iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və Cənubi Qafqazda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə