“Ermənistan Azərbaycanın müqavilə şərtlərini qəbul edəcək” - MÜNASİBƏT

“Ermənistan Azərbaycanın müqavilə şərtlərini qəbul edəcək” - MÜNASİBƏT

“ATƏT xarici işlər nazirlərinin Şimali Makedoniyanın paytaxtı Skopiya şəhərində keçirilən 30 noyabr və 1 dekabr tarixli görüşündə Ermənistan xarici işlər naziri Mirzoyan yenə də öz prizmasından qeyri-obyektiv və qərəzli şəkildə çıxış edərək Azərbaycanı ittiham edib. İttihamında əsas mahiyyəti ondan ibarət olub ki, Azərbaycan qeyri-konstruktiv davranışlar nümayiş etdirir. O, Azərbaycanı etnik təmizləmədə günahlandırıb və 19-20 sentyabr tarixlərində keçirilmiş anti-terror tədbirləri zamanı etnik ermənilərin Azərbaycandan çıxarılmasının günahkarı kimi Azərbaycanı ittiham edib”. Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, hamıya məlumdur ki, Laçın sərhəd keçid məntəqəsini keçən yüzlərlə erməni Azərbaycan telekanallarına müsahibə verdikləri zaman qeyd edirdilər ki, onların bölgəni tərk etmələri tələbini yerli erməni icma nümayəndələri tərəfindən verilib və onlar təhrik edilib ki, rəsmi sənədlərini məhv edib bölgəni tərk etsinlər: “Erməni icma rəhbərləri sadə ermənilərə bildiriblər ki, Azərbaycanlılar torpaqlarına qayıdıb sizi məhv edəcəklər. Bu kimi yalan məlumatlarla mülki əhalinin beynini dolduraraq bölgəni tərk etməyə məcbur ediblər. Amma Mirzoyan bu görüş ərəfəsində Ermənistanın parlamentin sədri Simonyan dediyini tam əksini ATƏT-in xarici işlər nazirlərinin toplantısında dedi. Simonyan sərhəddə keçirilmiş delmitasiya üzrə dövlət komissiyalarının nümayəndələrinin Ermənistan və Azərbaycanın Baş nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən görüşdən dərhal sonra qeyd etdi ki, yaxın 15 gündə sülh müqaviləsi imzalana bilər. Elə həmin gündə də noyabrın 30-da da Skopiyada qeyd edir ki, Azərbaycan qeyri konstruktivdir, işğalçıdır və etnik təmizləmədə də Azərbaycanı günahkar hesab edir. Baxın, bir dövlətin iki rəsmisi biri-birini təkzib edən ziddiyyətli fikirlər səsləndirirlər. Bu fikirləri ümumiləşdirəndə belə qənaətə gəlmək olur ki, Ermənistan doğrudan da sülh sazişinin imzalanmasında maraqlı deyil. Əgər belə olsaydı sentyabr 11-də Ermənistan tərəfə göndərilmiş sülh sazişinin bəndlərini 70 gündən sonra baxıb hansısa bir formada qiymət verərək geri qaytarmazdır. Sülh istəyən bir dövlət iki ay yarım bir sənədin müzakirəsinə vaxt sərf edə bilməz. Ümumiyyətlə, Simonyan bilməlidir ki, ATƏT heç vaxt ədalətli yanaşma nümayiş etdirməyib və ATƏT-in Minsk qrupunun 30 ilə yaxın fəaliyyəti göz qabağındadır. İndi də beynəlxalq ədalət məhkəməsində iddiaları puça çıxan, BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qaldırılan ittihamların keçməməsini və digər beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatların boş kağızdan başqa bir şey olmamasını gördükdən sonra erməni siyasətçiləri bu cür tədbirlərdə Azərbaycana qarşı çirkin və yalan kampaniyalar aparırlar. Bunlar hamısı boş mənasız şeylərdir. Azərbaycan qalib dövlətdir öz ərazisində konstitusiyon quruluşu bərpa edib. Ermənilərin harada nə deməsindən asılı olmayaraq gec-tez məcbur olacaqlar sülh masası arxasında əyləşsinlər. Həm də Azərbaycan qarşı iddialarından əl çəkərək dövlətimizin tərtib etdiyi və onlara göndərdiyi beş beynəlxalq prinsipə uyğun müqavilə şərtlərini qəbul edəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə