“İsrail-Fələstin danışıqları yaxın perspektivdə real görünmür” -MÜNASİBƏT
“Yaxın Şərq bölgəsində vəziyyət gərgin olaraq qalır. Oktyabr 7-dən HƏMAS terrorçuları İsrailə hücum etdiyinə görə Qərb dövlətləri Təl-Əvivə birmənalı dəstək verdilər”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, zaman keçdikcə Qərb bu dəstəyi azaldır: “Nəyə görə Qərb dövlətləri İsrailə dəstəyi azadlır? Çünki QƏZZA-da bombardmanlar nəticəsində mülki insanlar ölür və bu say artır. Ona görə də, Qərb dövlətləri müəyyən qədər İsrailə təzyiq edirlər ki, həm hücumu dayandırsın, həm də danışıqlara başlasın. Amma İsrail, hələlik, buna hazır deyil. Çünki İsrail HƏMAS qruplaşmasını tamamilə məhv etmək qətiyyətini davam etdirir. İsrail-Fələstin arasında danışıqlar yaxın perspektivdə real görünmür. Burada əsas oldu ki, QƏZZA bölgənin taleyi necə olacaq? İsrail orada bufer bölgəsi yaratmaq istəyir ki, bununla da bir çox ölkə razı deyil. Yəni, vəziyyət əvvəlki tək gərgin olaraq qalır. Orası da aydındır ki, Fələstin dövləti tanınmayana qədər yəqin ki, İsrail bu problemlərdən qurtula bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB