"Azərbaycan hədəflərə nail olmaq üçün ciddi addımlar atır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir çox baxımdan xüsusi önəm və əhəmiyyət daşıyır. Azərbaycan hazırda bir çox beynəlxalq təşkilatlarda təmsil olunmaqla, öz sözünü deyir. Eyni zamanda dünya dövlətləri ilə də qarşılıqlı əlaqələr qurulub, əməkdaşlıq edilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, cənab Prezidentin BƏƏ-də yüksək səviyyədə qarşılanması və BƏƏ rəhbərliyi ilə keçirilən görüşlər Azərbaycanın dünya ölkələri tərəfindən xüsusi diqqətlə qarşılandığının bariz nümunəsidir: "Bu gün dünyada Azərbaycana böyük hörmət və etimad göstərilir. Hazırda Azərbaycan güclü dövlət olaraq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycanda alternativ enerji ilə bağlı keçirilən tədbirlər, atıldan addımlar da bir daha göstərir ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə nail olmaq üçün ciddi addımlar atır. Bu gün ölkəmiz iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə də öz töhfəsini verir. Bu da ölkəmizin qlobal müstəvidə həyata keçirdiyi siyasətə töhfə baxımından da xüsusi önəm və əhəmiyyət daşıyır. Qarşıda hələ çox mühüm məsələlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB