“İlk iş Laçında uşaqlığımız keçən yerlərə baş çəkmək olacaq” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Laçından çıxanda 19 yaşım var idi. İllər sonra vətənə qayıtmaq çox başqadır. Əməyi keçən hər kəsə minnətdaram”. SİA xəbər verir ki, bu sözləri bu gün Laçına köç prosesi zamanı Keçmiş məcburi köçkün Aygün Süleymanova deyib.

O, sözlərinə belə davam edib: “İlk iş Laçında uşaqlığımız keçən yerlərə baş çəkmək olacaq. Gələndə anam-atamla gəlmişdim. İndi onlarsız qayıdıram. Təəssüf… Allah geridə qalanları qorusun”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə