SPECA-nın Zirvə görüşü Azərbaycanı bir daha dünyaya tanıtdı – ŞƏRH EDİLDİ
“Azərbaycan əlverişli coğrafi mövqedə, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşir. Bu faktorlar və əlavə olaraq təbii resursları, iqtisadi və hərbi gücü ölkəmizi Cənubi Qafqazın lider dövlətinə çevirib. Azərbaycan həm də dünyada etibarlı tərəfdaş ölkə kimi tanınır. Son 20 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin idarəçilik formulu müstəqil siyasət yürütməsidir. İlham Əliyevin sözünə və vədinə sadiqliyi, irəli sürdüyü qlobal təşəbbüsləri Azərbaycanın nüfuzunu və siyasi çəkisini gündən-günə artırmaqdadır. İstənilən mövzulu danışıqların aparıldığı platformalarda Azərbaycan mütləq təmsil olunur, həm də əsas söz sahibi kimi çıxış edir. Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışı bir neçə aspektdən mühüm əhəmiyyət daşıyır: “Prezidentimizin də dediyi kimi, bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. SPECA-ya üzv ölkələrində isə, əksinə, sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur. Dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Ermənistan kimi ölkəyə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. 30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxvektorlu iqtisadi siyasət, tətbiq edilən mükəmməl idarəçilik modeli nəinki Cənubi Qafqaz, artıq Mərkəzi Asiya regionunun da inkişafında əhəmiyyətli təsirə malikdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB