"Kadr siyasəti sistemində müsbət nəticələr mövcuddur" -MÜNASİBƏT

"Kadr siyasəti sistemində müsbət nəticələr mövcuddur" -MÜNASİBƏT

“Cəmiyyətin inkişafının vacib şərtlərindən biri olan modernləşmə dövlət idarəetməsi, dövlət qulluğu və kadr siyasəti sistemindən də yan keçməyib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, Prezidenti İlham Əliyev müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə çatdırılması və təbliği məqsədilə mühüm addımlar atır, sərəncam və Fərmanlar imzalayır: “Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında davamlı inkişafın idarə olunması və bu sahədə uğurların əldə edilməsi ilə bağlı ardıcıl siyasət aparılmağa başlandı. Bu gün bu siyasəti. cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dövlətçiliyinin davamlı inkişafı, şəffaf, demokratik və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlmiş modemləşmə xətti idarəetmə münasibətlərində vətəndaşın fərqli aspektdən çıxış etməsinə, onunla vəzifəli şəxslər arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaradan və müasir kadr siyasətinin mahiyyətini müəyyənləşdirən dəyərlər sistemi formalaşdırmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi strategiyasının nəticəsində formalaşan inkişaf modeli səmərəli kadr siyasətinin və peşəkar dövlət qulluğunun da zəmini olmuşdur. Müasir və güclü dövlətin, səmərəli, demokratik və şəffaf idarəetmənin formalaşdırılması istiqamətində aparılan ardıcıl islahatlar ölkədə vətəndaşa yönümlü dövlət qulluğu modelinin formalaşdırılmasına müsbət təsirlər göstərir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə