“ABŞ-ın qərarı ədalətsiz və yanlışdır” - MÜNASİBƏT

“ABŞ-ın senatının güya Azərbaycanın Ermənistan hücum etməyə hazırlaşdığını əsas gətirərək Ermənistanın müdafiə aktını qəbul etməsi son dərəcədə ədalətsiz və yalnış qərardır”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert, “Alyans” strateji araşdırmalar mərkəzinin sədri Abutalıb Səmədov deyib .

Onun sözlərinə görə, ABŞ rəsmiləri eyni zamanda Azərbaycanı sülh istəməməkdə günahlandıraraq dövlətimizə qarşı əsassız məhdudiyyətlər tətbiq etmişlər: “Baxmayaraq ki, Azərbaycan Ermənistan rəhbərliyinə sərhəddə görüşməyi təklif etdi və sülh danışıqlarını aparmaqdan Ermənistan imtina etdi. ABŞ-ın bu addımları şübhəsiz ki, sülh prosesinin ləngiməsinə və ABŞ-ın vasitəçilik imkanlarının son dərəcədə azalmasına gətirib çıxaracaq. Baxmayaraq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ilin fevralında Münxendə keçirilən Təhlükəsizlik Konfransında açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan Vaşinqtonun, Brüsselin vasitəçiliyinə üstünlük verir və onların yanaşmasını daha düzgün sayır. Çox təəsüf ki, Ermənistanın antirus xəttini seçməsi və Rusiyanın liderlik etdiyi qurumları dağıtmaq üçün əlindən gələni etməyə başladığı andan etibarən anti-Azərbaycan mövqeyi tutmağa başladılar və bunun nəticəsində intensiv şəkildə davam edən sülh prosesinə ciddi zərbə vuruldu. Məhz ABŞ-ın və Avropa İttifaqının günahı ucbatından sülh sazişinin bu ilin sonuna qədər imzalanması ehtimalı demək olar ki, qalmamışdır. Dünyanın super gücləri olan ABŞ və onun müttəfiqləri nə qədər bu yalnış xəttdən tez imtina etsələr sülhə nail olmaq bir o qədər asan olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə