"Azərbaycan İslam dünyası ilə münasibətləri üst səviyyədə saxlamaq istəyir" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Azərbaycan İslam dünyası ilə münasibətləri üst səviyyədə saxlamaq istəyir" - POLİTOLOQ FİKİR BİLDİRDİ

"Azərbaycan İslam dünyası ilə münasibətləri üst səviyyədə saxlamaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin siyasəti məhz bundan ibarətdir: "Bizim İslam aləmində xeyli tərəfdaşlarımız var. Vətən müharibəsində İƏT və müsəlman ölkələri Azərbaycanın haqq savaşını dəstəklədilər. Onlar bu gün də bizi dəstəkləyirlər".

Elxan Şahinoğlu sözlərinə belə davam edib: "Növbəti mərhələdə biz İslam aləmində və müsəlman ölkələri ilə iqtisadi zəmində əməkdaşlığı inkişaf etdirmək, ortaq layihələrin sayını artırmaq istəyirik. Bu istiqamətdə müvafiq addımlar atılır. Məsələn, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanının Azərbaycana müxtəlif yatırımları var və layihələr həyata keçirirlər. Bununla yanaşı, digər dövlətlərin də bu proseslərə fəal qoşulacağını zənn etmək mümkündür. Bu, Azərbaycanın İslam Konfransı təşkilatı çərçivəsində ayrı-ayrı dövlətlərlə əməkdaşlığının inkişafına şərait yaradacaq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə