“Azərbaycanın müharibədən qalib çıxması və Qarabağ problemini öz gücü ilə həll etməsi təkcə bəzi Qərb dairələrində deyil, o cümlədən, ölkə daxilində olan bəzi dağıdıcı müxalifət qüvvələri tərəfindən heç də xoş məramla qarşılanmadı. Sözügedən qüvvələr qələbəmizə kölgə salmaqla bütün müxtəlif çirkin vasitələrə əl atırlar”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə,hər zaman dağıdıcı müxalifət qüvvələri Qərbi demokratiyanın beşiyi kimi qələmə veriblər: “Amma Qərb heç də demokratiyanın beşiyi deyil. Çünki artıq onların da iç üzü açıldı. Yəni, Ermənistana dəstək vermələri və haqqı deyil, nahaqqı əsas tutmaları təəssüf doğurdu. Bu, bir daha göstərdi ki, bəzi dağıdıcı müxalifət partiyalarının güvəndiyi və istinad etdiyi Qərb heç də deyildiyi kimi dünyada sülhün və təhlükəsizliyin, demokratiyanın təminatçısı deyil, əksinə, həmin qüvvələr çalışırlar ki, Azərbaycanı və digər ölkələri nəzarətlərində, öz diktəsi altında saxlasınlar. Bunada qəti şəkildə yol vermək olmaz. Azərbaycanın özünün müstəq siyasi xətti var və Azərbaycanın maraqlarını qorumağa özünün gücü çatır. Sadəcə olaraq, barmaqla sayılacaq belə insanlardan Qərb dairələri öz məqsədləri üçün istifadə edib sonra da onları bir kənara atacaqdır. Yaxşı olardı ki, dağıdıcı müxalifət qüvvələri bu cür hərəkətlərindən əl çəksinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB