“Parlamentdə qadınların təmsilçiliyində geridə qalırıq” - Vladanka Andreyeva
“2030-cu il üçün az vaxt qalıb. Cəmi 7 il, bu uzun müddət deyil. Təəssüflər olsun ki, dünya qarşıya qoyulan hədəflərdən çox geridə qalıb. Parlamentdə qadınların təmsilçiliyində geridə qalırıq”. SİA xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.
BMT-nin rezident əlaqələndiricisi bildirib: “Üzv dövlətlərdə qarşıya qoyulan məqsədlərə çatmaq üçün işlər bu sürətdə davam edərsə 300 il sonra uşaq evliliyinə son qoya bilərik. Hazırda 5 qızdan biri 18 yaşda ailə qurur. 286 ildən sonra isə ayrı-seçkiliklə bağlı qanunları aradan qaldırmaq mümmken olacaq. 140 il sonra biz iş yerlərində rəhbər vəzifələrdə bərbabərliyə nail olacağıq”.
Uğur hekayələrinin də olduğunu söyləyən Vladanka Andreyeva qeyd edib ki, amma sürət çox aşağı səviyyədədir. Möcud istiqamətdəki boşluqlar bəhs edən BMT-nin rezident əlaqələndiricisi bildirib: “Bu davamlı inkişaf məqəsdlərini monitorinq etmək imkanlarımızı məhdudlaşdırır. Ölkələr olaraq gender bərabərliyinə nail olmaq üçün səylərimizi birləşdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB