“Dekolonizasiya problemi və qadın hüquqları artıq həll olunmalıdır” - Jaklin Desfontan

“Dekolonizasiya problemi və qadın hüquqları artıq həll olunmalıdır” - Jaklin Desfontan

“Azərbaycanın neokolonializmə qarşı mübarizədə ölkələrin və təşkilatların səylərini dəstəkləməsi çox vacibdir”. SİA xəbər verir ki, bunu “Afroamerikalı Xalqların Beynəlxalq Komitəsi”nin nümayəndəsi Jaklin Desfontan noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransda deyib.

O, sözlərinə belə davam edib: “Bugünkü tədbir göstərir ki, Azərbaycan Fransanın əsrlər boyu davam etdirdiyi müstəmləkə siyasətinə qarşı mübarizədə maraqlıdır.

Tədbirdə müzakirə olunan mövzular hazırda çox aktualdır. Biz XXI əsrdə yaşayırıq və dekolonizasiya problemi, qadın hüquqları artıq həll olunmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə