“Heydər Əliyev əlindən gələni etdi ki, milli ruhumuz sönməsin” - POLİTOLOQ ŞƏRH ETDİ

“Heydər Əliyev əlindən gələni etdi ki, milli ruhumuz sönməsin” - POLİTOLOQ ŞƏRH ETDİ

“17 noyabr bizim şanlı səhifələrimizin tərkibini əks etdirən gündür. Xalqımızın mübarizliyi, əzmi, döyüşkənliyi məhz bu tarixlə təsdiqləndi. Sovet illərində də Azərbaycan xalqı öz milli ənənələri, tarixə baxışına sadiq olub”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq bildirib ki, Sovet dövründə millətimizi yeni dəyərlərə sövq etməyə, adət-ənənələrimizi beyinlərdən yumağa çalışsalar da, buna nail ola bilmədilər: “17 noyabr günü xalq həm özünün mübarizliyini təsdiqlədi, həm də göstərdi ki, milli ruhun oyanışı həqiqi prosesdir.

Hər bir nəslin üzərinə böyük məsuliyyət düşür ki, əcdadlarını unutmasın və onların nəsihətlərinə qulaq verib, milli dəyərləri göz bəbəyi kimi qorusun. Əgər zamanların qırılmaz əlaqəsindən danışırıqsa, daim olan əlaqənin də təminatçısı kimi xalqın hər bir nümayəndəsi çıxış edir. 17 noyabr bizim milli azadlığımızla bağlı önəmli gündür. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev də əlindən gələni etdi ki, milli ruhumuz sönməsin”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə