“1992-ci il noyabr ayı Azərbaycan xalqının yaddaşında Yeni Azərbaycan Partiyasının yaradılması ilə qaldı. Həmin dövrdə ölkədə siyasi xaos hökm sürürdü, hakimiyyət uğurunda qeyri-sivil mübarizə gedirdi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın təcavüzkarlığı dövlətimizə və xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq siyasəti sözün əsl mənasında gələcək haqqında nikbin düşünmək üçün yer qoymurdu: “Belə olan halda, Azərbaycan xalqı çox müdürükcəsinə bu vəziyyətdən dövlətimizi məhz Ulu Öndər Heydər Əliyev kimi bir liderin çıxara biləcəyini düşündü və həqiqətən də Ulu Öndər Heydər Əliyevdən xalqın gözləntiləri olduqca böyük idi. Ona görə də, israrla Ulu Öndər Heydər Əliyevi yenidən ali siyasi hakimiyyətə qayıtmasını xahiş etdilər. Təbii ki, Azərbaycanın gələcəyini müəyyənləşdirəcək, Azərbaycanı olduqca ağır tarixi sınaqlardan üzü ağ çıxara biləcək Ulu Öndər Heydər Əliyev ətrafında birləşmək üçün də bir platformanın olmasına ehtiyac vardır. Məhz Yeni Azərbaycan Partiyası belə bir platforma oldu. Xalqının, dövlətinin gələcəyini düşünən insanlar Ulu Öndər Heydər Əliyev ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdülər və Dahi siyasətçinin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ölkəmizdə xalqımız qarşısında xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Bu baxımdan, həqiqətən də qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası xilaskar bir partiya oldu. Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası həm zaman xalqımıza, dövlətimizə qələbələr qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsindən tariximizin qızıl səhifəsini yaratmağı bacardıq. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi, bundan sonrakı dövrlərdə də ölkəmizin inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB