"Müxalifət nümayəndələrinin fəaliyyəti uğurlu olmayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Müxalifət nümayəndələrinin fəaliyyəti uğurlu olmayacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Azərbaycanda hər bir vətəndaş Azərbaycan Prezidentinin sözünə və imzasına hörmətlə yanaşmalı, Prezidentimizin yeritdiyi siyasəti birmənalı şəkildə dəstəkləməlidir. Çünki 30 il işğal altında olan bir ərazini geri qaytarmaq və həmin ərazidə suverenliyi bərpa etmək cənab Prezidentin yeritdiyi siyasət nəticəsindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev cənab Prezidentin fəaliyyətinə kölgə salmaq istəyən müxalifət nümayəndələri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, çox təəssüflər olsun ki, bir sıra müxalifət nümayəndələri Qarabağın işğaldan azad olunmasına çox sadə bir proses kimi baxırlar: "Amma bu çox çətin bir işi idi və biz onu bacardıq. Unutmayaq ki, dünyada güc mərkəzləri söz sahibidir. Bu söz sahibləri ilə maraqları uzlaşdırmaq və manevr etmək hər dövlət başçısına xas olan məsələ deyil.

Təəssüflər olsun ki, cənab Prezidentimizin uğurlu fəaliyyətinə kölgə salan qüvvələr var. Bu da hesab edirəm ki, sorosçulardır. Çünki sorosçuların fəaliyyəti ondan ibarətdir ki, Azərbaycanda Rusiya arasında düşmənçilik yaradıb münasibətləri korlasınlar. Bu isə ermənilərin maraqlarına xidmət edir. Ermənilər də istəyir ki, Rusiya ilə Azərbaycan arasında qarşıdurma yaransın, onlar da bunun fonunda bəhrələnsinlər".

Azad Məsiyev sözlərinə belə davam edib: "Bu gün həmin sosorçular Azərbaycanı bataqlığa sürükləmək istəyirlər. Onların fəaliyyətini bir Gürcüstanda, Ukraynada və Ermənistanda da görürük. Bu gün bu dövlətlərdə xaos və qarşıdurma yaranıb, vətəndaş müharibəsi ərəfəsindədirlər və ərazilərini itiriblər. Bu cür siyasət Azərbaycanda yolverilməzdir. Bunun da qarşısını alan şəxs cənab Prezidentdir.

44 günlük Vətən müharibəsində Azərbaycanda dilindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq vahid birlik yaradan və vahid yumruq altında birləşdirəcək siyasəti həyata keçirən şəxs cənab İlham Əliyev olub. Bunun da nəticəsində 44 günlük müharibədə qələbə əldə etdik.

Ümumilikdə cənab Prezidentin fəaiyyətinə kölgə salmaq istəyənlər birbaşa ermənilərin maraqlarına xidmət etmiş olarlar. Bu gün Azərbaycan regionda söz sahibidir. Azərbaycan Prezidentinin fəaliyəti nəinki regionda, o cümlədən beynəlxalq aləmdə, Avropa auditoriyasında diqqət mərkəzindədir. Müxalifət nümayəndələrinin fəaliyyəti uğurlu olmayacaq. Çünki Azərbaycan xalqı cənab İlham Əliyevin fəaliyyətini birmənalı şəkildə qəbul edərək ona dəstək verir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə