"ATƏT artıq o qədər də faydalı bir təşkilat deyil" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
Məlumdur ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edib. Görüşdə Cənubi Qafqaz regionunda vəziyyətlə və ATƏT Parlament Assambleyasının rolu ilə bağlı fikir mübadiləsi aparılıb. Bəs, bu gün əlaqələr hansı formada cərəyan edir? SİA mövzu ilə bağlı politoloq Fərhad Məmmədovun fikirlərini öyrənib.

Fərhad Məmmədov bildirib ki, ATƏT artıq o qədər də faydalı bir təşkilat deyil: "ATƏT Parlament Assambleyasının iclası İrəvanda keçiirləcək. Ora Azərbaycan, Türkiyə və Rusiya nümayəndə heyətləri getməyəcək.
Bizə hörmət əlaməti olaraq, biz getmiriksə, oranın Parlament Assambleyasının rəhbəri Azərbaycana gələrək Prezidentimizlə görüşüb. Amma əlaqələr odur ki, Azərbaycan orada üzvdür və hər hansı bir qərar qəbul etməyib. Burada müəyyən müzakirələr yeridilib".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB