"Xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik” - MÜNASİBƏT
“Xankəndidə keçirilən parad çox böyük bir tarixi hadisədir. 100 illik erməni separatizminə, işğalına son qoyulduğu və "Böyük Ermənistan" ideyasının üstünə xətt çəkildiyi tarixdir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sərdi Emin Həsənli deyib.
Onun sözlərinə görə, bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir: “Cənab Prezident İlham Əliyev çox uğurlu siyasət apardı və bu siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu. Xalq-ordu birliyi qələbə qazandı və bu paradın Azərbaycan tarixində çox önəmli yeri var. Müstəqil Azərbaycan tarixində ən önəmli parad idi. Əsrlər keçəcək gələcək nəsillər daima bu günləri böyük sevinc və qürur hissi ilə qeyd edəcək. Biz xoşbəxt insanlarıq ki, bu dövrü və qələbəni görə bildik. Məhz Azərbaycan Prezidentinin qətiyyətli və uzaqgörən müdrik siyasəti nəticəsində Azərbaycan dövləti bu qələbəni əldə etdi. Azərbaycan ordusunun peşəkarlığı, yüksək qələbə əhval-ruhiyyəsi, döyüş ruhunun və istəyinin olması bu qələbəni reallaşdırdı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB