"Üç il əvvəl Qarabağda dastan yazaraq şanlı bir Zəfər qazanan dost və qardaş ölkəmiz Azərbaycanın 8 Noyabr - Zəfər Gününü təbrik edirəm". SİA xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun Zəfər Günü ilə bağlı paylaşımında yer alıb.
Qarabağın azadlıq mübarizəsi uğrunda şəhid olan bütün qəhrəmanları rəhmət və hörmətlə yad etdiyini bildirən Fahrettin Altun əlavə edib: “Bir millət, iki dövlət” şüarı ilə möhkəmləndirdiyimiz güclü qardaşlığımız bundan sonra da əsrlərə meydan oxumağa davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB