“Zəfər paradı Ermənistan üçün şapalaq kimi birşeydir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
Xəbər verdiyimiz kimi, noyabrın 8-də Xankəndidə Zəfər paradı keçiriləcək. Bu münasibətlə Zəfər Gününə hazırlıq çərçivəsində Xankəndiyə hərbi texnika gətirilib. Həmçinin, Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir. Xatırladaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi. Bəs, bizim bu zəfərimiz ermənilərə necə təsir edir? SİA mövzu ilə bağlı deputat Rasim Musabəyovun fikirlərini öyrənib.
Deputat bildirib ki, ermənilər Azərbaycanda baş verən bütün uğurlardan narahat olurlar: “Bu onların ənənəvi halıdır. Azərbaycanın paradı da Ermənistan üçün şapalaq kimi birşeydir”.
Rasim Musabəyov sözlərinə belə davam edib: “Biz bu paradı ermənilərə təsir etmək üçün keçirmirik. Parad Azərbaycan xalqı üçündür. Ermənilər özləri bilər, istəyirlər xoşlarına gəlsin, istəyirlər gəlməsin”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB