"İsrail HƏMAS qarşıdurmasının miqyası arta bilər" -MÜNASİBƏT

"İsrail HƏMAS qarşıdurmasının miqyası arta bilər" -MÜNASİBƏT

“İsrail HƏMAS qarşıdurmasının miqyası arta bilər və bu, dünya, beynəlxalq aləm üçün böyük təhlükə vəd edir”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

İsrail HƏMAS qarşıdurmasında Qərb dövlətlərinin İsrailə dəstək verdiyini xatırladan politoloq söyləyib ki, Qəzzanın bombalanması davam edərsə, proses nəzarətdən çıxa bilər.

O qeyd edib ki, mülki insanlar arasında ölüm sayının getdikcə artması vəziyyətin getdikcə daha da gərginləşməsinə səbəb olur: “İsrail terroru bitirmək istəyir. Amma mülki insanların həlak olması HƏMAS-a dəstək verən qrupları daha fəallaşdırır. Artıq Yəmən də İsrail ərazilərinə raket atır”.

E.Şahinoğlunun sözlərinə görə, vəziyyətdən çıxış yolu tapılmalıdır: “Düzdür, İsrail öz hədəflərinə çatmayana, yəni HƏMAS terrorunu bitirməyənə qədər danışıqlar haqqında nəsə söyləmək mürəkkəb məsələdir. Çünki onları tam bitirmək mümkün olmayacaq. Ancaq belə olan halda hərbi əməliyyatların bitməsi də qeyri-real görünür”.

Bütün xəbərlər Facebook səhifəmizdə