“44 günlük müharibədə qazandığımız qələbə Azərbaycan xalqının haqq işi davasının yekunu idi. Əvvəl-axır ədalət bərpa olunacaqdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, elə xalqlar, dövlətlər var ki, öz ədalətlərini təmin edə bilmirlər: “Amma Azərbaycan öz gücü hesabına bu qələbəyə nail ola bildi. Hesab edirəm ki, bu qələbə bizim ən böyük uğurumuz idi və bu uğurun müəllifi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev, Azərbaycan əsgəri və bütövlükdə Azərbaycan xalqıdır. Bu xalq qələbəyə layiq olduğunu göstərdi.
Bu qələbəni şərtləndirən ən mühüm amil xalqın qələbəyə hazır olması idi. Bu baxımdan da, böyük bir güc ortaya qoyuldu və biz haqlı mübarizəmizi qazandıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, yaralarını sağaldaraq yeni həyata başladı. Bu isə hər bir xalqa, dövlətə nəsib olmur, amma biz bunu əldə edə bildik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB