"Gələcəkdə Çinlə birgə hərbi addımlar atıla bilər" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Son günlər dünyada silahlanmanın artması müşahidə olunur. Bu baxımdan ən güclülərdən biri də Çin Müdafiə Sənayesidir. Çin dövləti müxtəlif silah növləri istehsal edir. Əlbəttə ki, Azərbaycan da ordunun silahlanmasını günü-gündən daha da müasirləşdirir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov deyib.
Onun sözlərinə görə, son zamanlar Azərbaycan Türkiyə, İsrail kimi dövlətlərdən müasir silahlar əldə edir: "Bu baxımdan Azərbaycan müdafiə nazirinin Çində baş tutan görüşü də müsbət haldır. Bu o deməkdir ki, biz gələcəkdə Çindən də müasir silahlar ala bilərik. Azərbaycan ilə Çinin Müdafiə Sənayesi Kompleksinə daxil olan şirkət rəhbərləri ilə görüşü yüksək qiymətləndirirəm".
"Qeyd edim ki, Çinin hərbi dəniz qüvvələri hazırda dünyada ən güclülər arasında birinci yer tutur. Gələcəkdə Azərbaycanın flotunun yenilənməsi istiqamətində Çinlə birgə müəyyən addımlar atıla bilər, eyni zamanda Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən hansısa silahın istehsalına start verilə bilər",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB