"Region dövlətləri birgə əməkdaşlıq edərək daha da güclənə bilər" - DEPUTAT FİKİR BİLDİRDİ
""3+3" formatının çox böyük əhəmiyyəti var. Əslində uzun müddətdir ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı öz mövqelərini bildiriblər. Azərbaycan da dəfələrlə bu məsələnin önəminə xüsusi diqqət çəkib". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
"Hesad edirik ki, bu gün bölgə dövlətləri öz aralarında əməkdaşlıq edərək daha da güclənə və böyük işlər görə bilərlər. Bu, bütövlükdə ölkəmizin də inkişafına çox ciddi və mühüm töhfələr verə bilər. Bugünkü gündə Avropa Birliyinin və dövlətlərinin məsələlərə ikili standartlarla yanaşması, Azərbaycanın haqlı olduğu halda Ermənistanı dəstəkləməsi artıq bu qurumlara olan inamı və etimadı zəiflədir",- deyə o əlavə edib.
Deputat sözlərinə düz edərək bildirib ki, bu format vasitəsilə birgə görüşlər keçirərək altı dövlət regionun təhlükəsizliyi, gələcək inkişafı ilə bağlı bir çox mühüm layihələr həyata keçirə bilər: "Bu da bölgədə sülh və əmin-amanlığın bərqərar olmasına, əməkdaşlığın daha da möhkəmlənməsinə öz müsbət töhfəsini verəcəkdir. Ona görə də Azərbaycanın bu gün atdığı addımlar xüsusi önəm daşıyır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB