"Azərbaycan və Türkiyə öz təhlükəsizliyinin keşiyindədir" -MÜNASİBƏT
“Azərbaycan və Türkiyə arasında olan münasibətlər Vətən müharibəsindən sonra daha geniş və əhatəli xarakter alıb”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, hazırda münasibətlərimizin əsas göstəricisi mədəniyyət paytaxtımız Şuşada imzalanan Şuşa bəyannaməsi ilə ölçülür: “Bu bəyannamədən irəli gələn hərbi texniki əməkdaşlıq müxtəlif təlim və seminarların keçirilməsi prioritet istiqamətdir. Məhz bu səbəbdən işğaldan azad olunmuş ərazilərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Türkiyə hərbi təlimləri, məhz regional təhlükəsizliyin daha da gücləndirilməsi baxımından önəmlidir. Bu təlimlər əlbəttə ki, heç bir dövlətə qarşı yönəlməyib. Azərbaycan və Türkiyə öz təhlükəsizliyinin keşiyindədir. Əgər hər hansısa bir təhdid olacaqsa və hansısa bir təhlükə meydana gələrsə onda artıq cəld, operativ hər iki dövlət hərəkətə keçəcək və bizim dostluğumuz, qardaşlığımız özünü müxtəlif sahələrdə göstərdiyi kimi hərbi təhlükəsizlik sahəsində də ən önəmli sahəni əhatə edir. Məhz hərbi sahədə olan əməkdaşlıq və iş birliyi o zaman Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra başlamışdır. Ən sarsılmaz, ən önəmli ikitərəfli münasibətlərdə yer tutur. Baxmayaraq ki, Azərbaycan tarixi qələbə qazandı bu sahədə əməkdaşlığı daha da genişləndirmək, inkişaf etdirmək, dərinləşdirmək önəmlidir. Bu gün biz görürük ki, Ermənistanın müdafiə naziri öz fransalı həmkarı ilə görüşür və hərbi sahədə saziş imzalanır, Fransa öz silahlarını Ermənistana təqdim edəcəkdir. Baxmayaraq ki, burada müdafiə silahlarından söhbət gedir. İstənilən halda bütün təhdidlərə qarşı biz ayıq-sayıq olmalıyıq və regional təhlükəsizliyi daha da birgə şəkildə dost və qardaş birliyi ilə həmrəyliyimizlə möhkəmləndirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB