Zərərçəkmiş: "Bütün ermənilər ölsə də, içim soyumaz"

Zərərçəkmiş: "Bütün ermənilər ölsə də, içim soyumaz"

"Meşəli hadisələrində 23 dekabr 1991-ci ildə atışma başlayanda ailəmlə kənddə idim. Mən Meşəli kəndində məktəb direktoru işləyirdim. Ermənilər 1000-dən çox adam vurub. Bizim məktəbimizi də gülləbaran etmişdilər. Ərzaq maşınlarımızı vurub darmadağın edirdilər". SİA xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində iş üzrə zərərçəkmiş qismində çıxış edən Alışov Alı Musa oğlu deyib.

"Rəhmətlik Qəniməti Sadayın evinin qapısında balta ilə vuranda mən onu Nəbinin evindən görürdüm. Vaqif də ordaydı. Qənimət təslim olsa da, ona qulaq asmadılar. Balta ilə başına vurduqdan sonra ona bir neçə güllə vurdular. Vaqifin qardaşları da o cinayətdə iştirak ediblər. Mənim anamı da snayperlə vurub öldürdülər. Həmişə deyirəm ki, bütün dünya erməniləri ölsə də, mənim içim soyumaz. Çox ağır faciələr yaşamışıq. Qarabağda ən birinci ağır itkilər verən Meşəli kəndi olub. Xahiş edirəm ki, Vaqifin cəzasını verin",- deyə zərərçəkmiş əlavə edib.

Vaqif cavab verərək ora ayaq basmadığını bildirib: "Heç vaxt əlimə silah almamışam. Səni tanımıram. Sən də məni görməmisən".

Bütün xəbərlər Facebook səhifəmizdə