“Əli Kərimli və onun ətrafında olan şəxslər siyasətdə bitiblər” - MÜNASİBƏT
“Artıq Qarabağ problemi yoxdur. Çünki Qarabağ problemi həll olundu. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycanın üçrəngli bayrağını ucaltmaqla Qarabağ probleminin birdəfəlik həllinə son qoydu”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, Xankəndidə üçrəngli bayrağımızın ucaldılması Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təsdiqi oldu: “Bayrağımızın Xankəndidə ucaldılmasını hər bir kəs böyük sevinclə və qürurla qarşıladı. Azərbaycan xalqı böyük bir zəfər əldə etdi. Bu, çox möhtəşəm bir qələbədir. Təəssüflər olsun ki, Əli Kərimli və onun ətrafında olan şəxslər bu qələbəyə qısqanclıq hissi ilə yanaşırlar və sanki onların gözündə bu qələbə Azərbaycan xalqının qələbəsi deyil. Onlar bu parlaq qələbəyə kölgə salmaq üçün əllərindən gələni edirlər, amma onların nə deməsindən və etməsindən asılı olmayaraq bu qələbəyə kölgə sala bilməyəcəklər. Çünki xalq onların kim olduğunu çox yaxşı bilir. Düşünürəm ki, artıq o insanlar bitibdir. Yaxşı olardı ki, bu insanlar bu cür hərəkətlərindən əl çəksinlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB