"Onlar beynəlxalq məhkəmədə buna görə cavab verəcəklər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Qərbin hamısı yox, bir hissəsi Cənubi Qafqazda, Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə, sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirlərinin mahiyyətinə və nəticəsində qeyri-ədalətli yanaşma göstərir. Bunun da başında Fransa, bir neçə ABŞ ştatı və bir neçə Avropa ölkələri dayanıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Deputat sözlərinə belə davam edib: "Bu Ermənistan lobbiçilərinin, revanşistlərin və imkanlı adamların fikirləridir. Bu da heç nə göstərmir. Sadəcə olaraq müəyyən çaxnaşma salmaq və Cənubi Qafqazda ara vuraraq problem yaratmaq istəyirlər. Yəni, stəkanda fırtına yaratmaqla məşğuldurlar.
Qarabağ problemi artıq bitib. Bütün dünya da bunu belə qəbul edib. Bu məsələyə yenidən qayıtmaq onların zəifliyini göstərir.
Digər məsələ ondan ibarətdir ki, son 30 ildə külli miqdarda 10 milyard dollarla vəsait xərclənilib. İndi bunun hesabatını vermək lazımdır ki, bu vəsaitlər hara gedib. Bu vəsaitlər Ermənistana qoyulubsa, Ermənistanda iqtisadi sıçrayış olmalı idi. Yaxud Qarabağa qoyulmuşdusa, niyə bu görünmədi? Azərbaycan ordusu Qarabağı müşahidə edərkən gördü ki, burada faşistlikdən başqa heç bir şey olunmamışdı. Ermənilər Azərbaycan torpaqlarını talan etmişdilər. Onlar beynəlxalq məhkəməyə buna görə də cavab verəcəklər. Təbiidir ki, araqarışdıranlar var və bunu gündəmdə saxlamağa çalışırlar. Amma məsələ həll olunub və heç bir addım ata bilməyəcəklər. Dünya bizə tərəfdir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB