"Zəngilan Şəhər Gününü qeyd edərkən tarixə nəzər yetirməliyik" - DEPUTAT FİKRİ
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Zəngilan Şəhəri Gününün elan edilməsi ibrətamiz əhəmiyyət daşıyır və xalqın hər bir fərdində qürur hissi yaradır. Uzun illər Zəngilan işğal altında idi. Həmin dövrdə Zəngilan sakinləri Araz çayından keçərək, canlarını təcavüzkar Ermənistan hərbçilərinin güllələrindən xilas etdilər, bir çoxları isə çayda boğularaq həyatlarını itirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Zəngilan Şəhər Gününü qeyd edərkən, mütləq tarixə nəzər yetirməliyik: “Zəngilanın işğalını, “hansı səbəblər işğala gətirdi ?” və “biz bu şəhərimizi necə azad etdik?” sualları arasında müqayisə aparmalı və millətimiz bundan sonra da daim dövlətin yanında olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB