"Gəncədə törədilən terror erməni vəhşiliyinin nümunəsi idi" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
“3 il bundan əvvəl Ermənistan silahlı qüvvələrini tərəfindən Gəncə şəhəri oktyabr ayı ərzində 4 dəfə atəşə tutulmuşdur. İstifadə olunan balisstik və taktiki raketlərin zərbəsi nəticəsində Gəncə şəhərində 26 Azərbaycan vətəndaşı həlak olmuş, 175 nəfəri isə yaralanmışdır”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, erməni terroru nəticəsində Gəncənin mülki infrastruktura və şəhərin təsərrüfatına, binalara ciddi ziyan dəymişdi: “Çox sayda avtomobil vasitələri sıradan çıxarılmışdır. Bütün bunların səbəbi isə ondan ibarət idi ki, Azərbaycan döyüş meydanında uğurlar əldə etdikcən erməni tərəfi və fərarilik sayı artırdı. Azərbaycana qarşı döyüşlərdə müqavimət potensialını itirən düşmən Azərbaycanın ən sıx əhali yaşayan və ikinci ən böyük şəhəri olan, lakin Qarabağla yaxından-uzaqdan əlaqəsi olmayan, əməliyyatlar zonasından tam kənarda yerləşən yaşayış məntəqəmizi atəşə tuturdular. Hesab edirdilər ki, Azərbaycan tərəfinin mülki əhalini arasında artan itkiləri hakimiyyətə qarşı etiraz aksiyalarına imkan verəcək və ictimaiyyətin etirazları fonunda da Azərbaycan hakimiyyəti Qarabağın düşməndən təmizlənməsinə son verəcək. Amma bu belə olmadı, nə Gəncə, nə də digər atəşə tutulan ərazilərimizdə yaşayan vətəndaşlarımız heç biri müharibənin dayandırılması haqqında kəlmə belə işlətmədi. Əksinə, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında daha da sıx birləşdi. Xalqımızın ordumuza dəstəyi birə beş artdı və nəticədə də Azərbaycan tərəfi həm Vətən müharibəsində zəfər qazandı, həm də erməni separatizmini əbədi və ömürlük məhv etdi. Azərbaycan qarşı raket zərbələrinə əmr verənlər və onunla da efirlərdə özlərini qəhrəman hesab edənlər Azərbaycan Respublikası ərazisindəki istintaq təcridxanalarında müxtəlif rəngli çay içirlər. Onların hamısı etdikləri cinayətlərə görə Azərbaycan qanunları qarşısında cavab verəcəklər. Buna kimsənin şübhəsi olmasın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB