"Müxalifət qüvvələri bu cür hərəkətlərlə gündəmə gəlmək istəyir" MÜNASİBƏT

"Müxalifət qüvvələri bu cür hərəkətlərlə gündəmə gəlmək istəyir" MÜNASİBƏT

"Azərbaycan özünün ərazi bütövlüyünü tam bərpa edib. Azərbaycan yalnız ermənilər üzərində deyil, eyni zamanda ermənilərin arxasında duran və onlara dəstək verən böyük güclərin üzərində də sarsıdıcı qələbə qazanıb". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi ermənilərin və onların havadarlarının xoşuna gəlmir: “Lakin ən təəssüfedici məqam ölkəmizdə də belələrinin olmasıdır. Ermənipərəst mövqe sərgiləyən, xüsusilə də müxalifət düşərgəsindən olan şəxslər Azərbaycanın əldə etdiyi qələbə ilə bağlı qərəzli çıxışlar edirlər. Əslində isə həmin şəxslər səslərini belə çıxarmamalıdırlar. Çünki torpaqlarımızın işğalı məhz onların xəyanətinin nəticəsi idi”.

Elşad Musayev qeyd edib ki, bu gün Azərbaycanın Dövlət bayrağının işğaldan azad edilən torpaqlarda dalğalanması sevindirici və qürurverici hal olsa da, müxalifət bu parlaq qələbəyə də qısqanclıqla yanaşır, zəfərimizə kölgə salmağa xidmət edən statuslar paylaşır: “Çünki, onlar gündəmdə deyillər və bu cür hərəkətlərlə gündəmə gəlmək istəyirlər. Lakin Azərbaycan xalqı onların kim olduğunu çox yaxşı bilir və bu baxımdan da onlar cəmiyyətdə ciddi qəbul edilmirlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə