"Prezident Ermənistanın xəyallarının üzərindən xətt çəkdi" - İLHAM MƏMMƏDOV
"Cənab İlham Əliyev Azərbaycan bayrağını Xankəndində ucaldarkən qeyd etdi ki, biz bu gün buradayıq. Bu böyük xoşbəxtlik və tarixi bir hadisədir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat İlham Məmmədov deyib.
Deputat sözlərinə belə davam edib: "Bəli, cənab Prezident 20 illik fəaliyyətinizdə bir gün belə istirahət etmədən Azərbaycan tarixi üçün şanlı tarixi siz yaratdınız. 15 Oktyabrda Xabkəndində bayraq ucaldılamsı ilə Prezidentimiz bütün olanlara nöqtə qoymuş oldu.
Azərbaycan belə möhtəşəm qələbələrə imza atır. Bütün bunlar onun siyasəti nəticəsində baş verdi. Cənab İlham Əliyev Xankəndində bayraq ucaltmaqla Ermənistanın xəyallarının üzərindən xətt çəkdi və Böyük Ermənistan xülyasını zibil qutuusuna tullamış oldu. Dünya hələ Azərbaycanın bu qələbəsindən çox şey öyrənmiş olacaq. Bu barədə dünyada elmi məqalələr və kitablar yazılacaq. Cəmi 44 günlə zəfərlə başlayan qələbə 23 saata tam şəkildə tamamlandı. Hələ biz çox qələbələrə imza atacağıq. İnşallah bundan sonra xalqımızın nəsibi yalnız qələbələr olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB