Şimali Kipr Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

Şimali Kipr Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, fəxri qonaq vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Şimali Kipr Türk Respublikasının Prezidenti həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.

Eyni zamanda fəxri qonaq "Türk şəhidliyi" abidəsini də ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə