Dünyada erməni təbliğatına boyun əyən, onun təsiri altına düşən siyasətçilər az deyil. Onlar Avropadada var, okeanın o tayında da. Maraqlıdır, o siyasətçiləri yalan danışmağa, əldə oyuncaq olmağa vadar edən nədir? Pul, var-dövlət, cah-cəlal? Bunlar da mümkündür, amma məsələnin kökündə başqa məsələlərin dayandığı gün kimi aydındır. Əsla, demirik ki, erməni lobbisinin puluna hava oynayan Qərb siyasətçiləri yoxdur, var, həm də çoxdur. Amma burada müsəlman düşmənçiliyi amili özünü daha qabarıq şəkildə göstərir.
Görəsən, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı barədə bir kəlmə də danışmayan, evindən, isti ocağından qovulan azərbaycanlıların haqqlarını görməzdən gələnlər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə biganə yanaşanlar niyə indi səslərini çıxarırlar? Dünyaya ağalıq etmək iddiasına düşənlərin menyüsündə təkcə ikili standart üsulumu yazılıb. Belə ağalıq, belə vəkillikmi olar?
Bu gün Azərbaycanda ABŞ prezidentliyinə namizəd Vivek Ramasvamini tanımayan yoxdur. Yox, əsla, bu amerikalı Azərbaycan üçün yaxşı heç nə etməyib. Yalandan, ziyandan başqa. Amerikanın Erməni Milli Komitəsindən (ANCA) aldığı bəxşişlər hesabına ermənilərin Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyasına dəstək olan bu amerikalı həyasızlığın bütün normalarını geridə qoyub, hətta erməniləri də təəccübləndirib. Məsələ burasındadır ki, prezidentliyə namizəd özünün social şəbəkə hesabında Ermənistanın Gəncə şəhərini ballistik raketlə bombalaması kadrlarını guya Azərbaycanın erməni şəhərinə zərbəsi kimi təqdim edib. Ciddi müzakirələrə səbəb olan bu hadisəyə Cənab Prezidentin də münasibəti sərt olub. Bildirib ki, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir.
Prezident İlham Əliyev amerikalı prezidentliyə namizədin fikirlərinə toxunaraq qeyd edir ki, 30 illik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur: “Dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. İndi bu insanlarla necə danışmaq olar, onlara nəyi izah etmək olar?”.
Bu, ilk belə faktlar deyil ki, Qərb siyasətçiləri altına imza qoymasınlar. Məsələ burasındadır ki, bu biabırçılıqdan sonar Amerikanın Erməni Milli Komitəsi həmin videonu dərhal bloklamalı oldular. Bəli, biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Azərbaycan tək olsa da ləyaqətlə mübarizə aparır, ermənilərin ruporuna çevrilmiş qərəz maşınına – Qərb mediasına qarşı savaşdan bir addım da geri çəkilmir.
Bu oyunların başında müstəmləkəçilik tarixinə qara ləkələr həkk edən Fransa kimi ölkələr durur. Onların maliyyə imkanları kimi yalan informasiya şəbəkəsi də genişdir. Amma həqiqət yalana həmişə qalib gəlib, bundan sonra da bu gücləri neytrallaşdırmaq əzmindəyik. Başqa yol yoxdur.
V.SALAH
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB