“Ermənistan olanlardan düzgün nəticə çıxarmalıdır” - DEPUTAT FİKİR BİLDİRDİ
“Qondarma separatçıların həbsi onların ən yaxın çevrəsinə, onlara qoşularaq dövlətimizə və xalqımıza qarşı cinayət törədənlər və onları xaricdən dəstəkləyənlərə göz dağı və ibrət dərsi olacaq. Eyni zamanda separatçıların həbsi bizim üçün qürur və sevincdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, erməni separatçıları uzun illər günahsız, silahsız insanları qətlə yetiriblər: “Lakin artıq haqq yerini tapdı, Azərbaycanın haqlı mövqeyi öz zəfərini çaldı. Əsas məsələ isə ondan ibarətdir ki, qarşı tərəf olanlardan düzgün nəticə çıxarmalıdır. Bundan sonrakı dövrdə artıq bizim ərazilərimizlə bağlı xam xəyallara qapılmamalıdırlar. Lakin ermənilər ağılsız şəkildə hələ də xaricdən qüvvələrin onları idarə etməsinə imkan yaradır. Belə olan təqdirdə isə Ermənistan yenidən onlara uyarsa, Cənubi Qafqazda artıq Ermənistan adlı dövlət qalmayacaq. Çünki özləri-özlərinin məhvinə səbəb olacaqlar. Cənab Prezidentin də dediyi ki, ermənilər "Dəmir Yumruğ"un yerində olduğunu unutmamalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB