BMT missiyası və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva oktyabrın 1-də Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.
BMT-nin saytında yerləşdirilən məlumatda bildirilir ki, missiya üzvləri Xankəndi şəhərində olub, burada yerli əhali və digər şəxslərlə söhbət edib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə tanış olublar.
“...Missiya qeyd edib ki, Xankəndində mülki və ictimai infrastruktura, o cümlədən xəstəxanaya, məktəbə, yaşayış binalarına, mədəniyyət və dini obyektlərə ziyan dəyməyib. Bundan əlavə, missiya qeyd edib ki, Azərbaycan hökuməti Xankəndində səhiyyə və digər məişət xidmətlərini bərpa etməyə hazırlaşır.
Missiyadan verilən məlumata görə, söhbətlər zamanı vurğulanıb ki, hazırda Qarabağ bölgəsində ermənilərin sayı, müxtəlif hesablamalara görə, 1 min nəfərə qədər ola bilər. ...Missiya son atəşkəsdən sonra yerli əhalidən və ya digər həmsöhbətlərdən mülki şəxslərə qarşı zorakılıq halları ilə bağlı heç bir şikayət daxil olmadığını vurğulayıb. Bundan əlavə, missiya rayonda kənd təsərrüfatı infrastrukturunun dağıdılması və ya yolda mal-qaranın tələf olması ilə bağlı heç bir fakt müşahidə etməyib.
...Misiyanın apardığı söhbətlər hazırda yerli əhalinin geri qayıtmağa nə dərəcədə hazır olduğunu söyləməyin çətin olduğunu göstərib.
Amma bir şey aydındır ki, etimad tədbirlərinə ehtiyac var və bu, bütün tərəflərdən vaxt və səy tələb edir...
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə